AZ

Qəzzada müharibənin 210-cu günü - Son durum

Qəzza zolağında can itkisi son 24 saatda 26 nəfər artaraq 34 min 622 nəfərə çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 51 fələstinli yaralanıb.

İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 439 fələstinlinin həyatını itirdiyi, 720 nəfərin isə yaralandığı bildirilib.

210 gün ərzində hücumlarda 34 min 622 nəfər ölüb, 77 min 867 nəfər isə yaralanıb.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.


Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla