AZ

Teatr və kino aktyoru Ukrayna döyüşlərində öldürüldü

Ukrayna mətbuatı müharibə başlayan gündən Silahlı Qüvvələrə qoşulmuş teatr, televiziya və kino aktyoru Yevgeni Şumilovun vəfatı barədə məlumat yayıb.

Bildirilir ki, Şumilov aprelin 30-da öldürülüb. Saytlar sənətçinin dostu İvan Marçenkoya, eləcə də rejissor Antonio Lukiçə istinad ediblər.

Qeyd edək ki, Şumilov "Əsl mistika", "Sidorenki-Sidorenki", "Təcili yardım" və digər seriallarda rol alıb. Bundan başqa o, çatdırılma şirkətlərindən birinin reklamında Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü rolunu oynayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla