AZ

“Delimitasiya prosesində atılan addımlar bütün görüşlərdə gündəliyə daxil olacaq“- Politoloq

"Delimitasiya və demarkasiya prosesi artıq başlayıb.  Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı zamanı cənab prezident vurğuladı ki, biz bu forumda iştirak edərkən belə bu proses davam edir. Düşünürəm ki, əslində Alma-ata görüşünün gündəliyində əsas mövzulardan biri məhz elə delimitasiya və demarkasiya prosesi ilə bağlı olacaq".

Politoloq Aytən Qurbanova bunu News365.az-a müsahibəsində deyib.

"Bu asan bir proses deyil. Kifayət qədər uzun bir müddət tələb edir". Çünki digər qonşularımızla bu proses hələ də yekunlaşmayıb. Ona görə də düşünürəm ki, Ermənistanda münaqişə həll olunduqdan sonra, Qarabağ müharibəsindən sonra, bu günə qədər atılan addımlarda da keçirilən bütün müzakirələrdə dəən əsas məsələ delimitasiya, demarkasiya prosesinin yekunlaşdırılması və nəhayət ki, sülh müqaviləsinin imzalanması ilə bağlı olub. Alma-ata görüşünün gündəliyində də istisnasız olaraq bu məsələ qeyd olunacaq. Xüsusilə 4 kənd geri qaytarıldıqdan, ilk sərhəd dirəkləri yerləşdirildikdən sora düşünürəm ki, bu mərhələdə əsas müzakirə olunacaq məsələlər bu istiqamətdədir. Sadəcə bu görüş çərçivəsində yekunlaşan bir məsələ deyil, komissiyaların ikitərəfli görüşləri davam edir, eyni zamanda əməli olaraq da yerlərdə icraat davam edir. Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində atılan addımlar bundan sonrakı mərhələdə də keçirilən bütün görüşlərdə gündəliyə daxil ediləcək məsələlər istiqamətində gündəliyə daxil edilə bilər"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla