AZ

İran rejissor və aktyorları Kann Kino Festivalına buraxmayıb

İran rəsmiləri “Müqəddəs əncirin toxumu” filminin çəkiliş qrupunun üzv və aktyorlarını sorğu-sual üçün saxlayıb. Onların vəkili bunun filmin bu ay keçiriləcək Kann Film Festivalında nümayiş ediləcəyi ilə bağlı olduğunu deyir.

Azpost.info bildirir ki, bu barədə “The Times of İsrael” qəzeti yazır.

Tanınmış kinorejissor Məhəmməd Rəsulovun “Müqəddəs əncir toxumu” filmi üzərində çalışanlara basqı var. Onlardan filmin festivaldan geri çağrılması tələb edilir. Aktyorlarınsa ölkədən çıxışına qadağa qoyulub. Bu bilgiləri vəkil Babək Pakniya X-də paylaşıb.

Filmin mövzusu və aktyor heyətinin tərkibi açıqlanmayıb.

2020-ci ildə ölüm hökmünə qarşı “Şər yoxdur” filmi ilə Berlin Film Festivalının əsas mükafatı olan “Altun ayı”ya layiq görülən Rəsulovun özü 2022-ci ilin iyulunda həbs edilmişdi. O, ötən ilin sonlarında, hökumət əleyhinə etirazlar səngiyəndən sonra azadlığa buraxılmışdı.

“Bir neçə saatlıq sorğu-sualdan sonra onlara deyilib ki, rejissordan filmi Kann festivalından geri çəkməsini istəsinlər”, – Pakniya X-də yazıb.

O əlavə edib ki, Rəsulovun festivala qatılmaq üçün İranı tərk etməsinə icazə verilib-verilməyəcəyi bilinmir.

Kino sahəsində ixtisaslaşan media yazır ki, filmin mövzusu və aktyor heyətinin tərkibi açıqlanmayıb. Çəkiliş qrupunun neçə üzvünün saxlanıb sorğu-suala çəkilməsi də məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla