AZ

"Ümidin əsas heyətdə forma geyməsi üçün həkimlər bizə zəmanət verməlidi"

“Qəbələ” ilə səfər görüşündən qalib ayrılaraq növbəti mövsüm də premyer-liqada mübarizə aparacağını rəsmiləşdirən “Kəpəz” azarkeşlərinin maraqlı çağırışıyla qarşılaşdı.

Daha doğrusu, şüar komandanın çalışdırıcısı Adil Şükürova ünvanlanmışdı. Belə ki, Gəncə təmsilçisinin “Xəmsə” fanklubunun azarkeşləri belə pankart açmışdı: “Adil, bizim Ümidimiz var. Adil, Ümidi əsasa gətir. Ümid Səmədov 17 (k)”. Azarkeşlərinin bu çağırışına reaksiyasını öyrənmək üçün “sarı-göylər”in baş məşqçisi Adil Şükürovla əlaqə saxladıq:

“Ümid Səmədov komandaya gələn gündən ona diqqət ayırmışıq. Sadəcə, bəzi problemlər olduğundan bu gün əsas komanda ilə oyunda iştirak etməsinə icazə vermirik. Onun futbolçu kimi keyfiyyətləri bizi qane edir. Sadəcə, Ümidin əsas heyətdə forma geyməsi üçün həkimlər bizə zəmanət verməlidi. Onların rəyi olmadan biz heç kimin həyatıyla oynaya bilmərik. O, yaxşı futbolçudu, inşallah, daha da yaxşı yerlərə gedə bilər. Amma səhhətiylə bağlı problemləri olduğuna görə müalicə olunmalıdı. Əsas komanda ilə əvəzediuci komandanın da həm oyunu, həm də məşqləri fərqli olur. Bu barədə onun atası İlham müəllimlə də dəfələrlə danışmışıq. Həqiqətən Ümidin xətrini çox istəyirəm. Sadəcə, bayaq da qeyd etdiyim kimi həkimin sənədi olmalıdı. Çünki əvəzedilərlə əsas komandanın oyunları tam başqa səviyyədədi, burda təzyiq güclüdü. Belə tərbiyəli uşaq yetişdirdiklərinə görə Ümidin valideyinlərinə təşəkkür edirəm”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla