AZ

Avropa, ABŞ, Ukrayna və Rusiya DÖRDBUCAĞI: “Bu müharibə tərəfləri daha da aqressivləşdirəcək”

“Avropa, ABŞ, Ukrayna və Rusiya dördbucağında qazanan Rusiya və ABŞ-dır, itirən isə Ukrayna və Avropa İttifaqıdır”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiyanın Ukrayna cəbhəsində aqressivləşməsi, ABŞ-ın Avropadan tələbləri və bunların müharibənin gedişinə təsirini dəyərləndirən hərbi ekpspert Şair Ramaldanov səsləndirib.

Şair Ramaldanov bildirib ki, Rusiya ölüm-dirim savaşına girib.

“Ukrayna müharibəsinin əsas yükünü ABŞ çəkir.

Ukraynada gedən müharibə ABŞ-ın müharibəsidir, sadəcə olaraq ABŞ NATO-dakı dominatlığından istifadə edərək, digər ölkələri də cəlb edə bilir. Bu müharibədən ən çox itirən Avropa İttifaqıdır. Həm Rusiya ilə əlaqələri, ticari münasibətləri itirdilər, silah-sursat ambarları boşaldı, ancaq heç nə qazanmadı. ABŞ da bildirir ki, biz nə qədər vəsait ayırırqsa, Avropa da o qədər ayırmalıdır. Məsələ ondadır ki, ABŞ-ın ayırdığı milyardlar daha özünün hərbi sənaye kompleksinə yatırdılır. Hərbi-sənaye kompleksi zəginləşir, – deyə o bildirib.

Hərbi ekspert qeyd edib ki, Avropa, ABŞ, Ukrayna və Rusiya dörbucağında qazanan Rusiya və ABŞ-dır, itirən isə Ukrayna və Avropa İttifaqıdır:

“Avropa İttifaqı öz silahlı qüvvələrindən, müstəqilliyindən danışırdı. Ancaq müharibə ilə bütün bunlar hamısı puç oldu.

Rusiya göstərir ki, geri addım atmayacaq və sona qədər gedəcək. Rusiya-Ukrayna cəbhəsində bundan sonra daha da aqressivləşəcək”.

Səxavət Məmməd

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
Mənbələr
Şərh ()
Bağla