AZ

Məşhur kitabın orijinal illüstrasiyası hərraca çıxarılıb - FOTO

İngilis yazışı Cuan Roulinqin 1997-ci ildə yazdığı “Harri Potter və Fəlsəfə daşı” romanı dünya miqyasında bir fenomenin başlanğıcı oldu.

Herbiand.az CNN-ə istinadən xəbər verir ki, artıq kitabın ilk nəşri üçün orijinal illüstrasiya satışa çıxarılıb.

Sotheby's hərrac evinin məlumatına görə, onun gələn ay hərracda 600.000 dollara satılacağı gözlənilir. Bu, Harry Potter ilə əlaqəli olan əşya üçün indiyə qədər müəyyən edilmiş ən yüksək ilkin qoyulan qiymətləndirmədir.

Akvarel üzlük müəllif və illüstrator olan Tomas Teylor tərəfindən yaradılıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla