AZ

Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA

Aprel ayı üzrə 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
49
Mənbələr
Şərh ()
Bağla