AZ

Kemeron Kiyevlə Britaniya və Ukrayna arasında yüz illik əməkdaşlığa dair danışıqlara başlayıb- ÖZƏL

Böyük Britaniyanın Ukraynadakı səfirliyi Xarici İşlər naziri Devid Kemeron ilə Kiyev hakimiyyəti arasında ölkələr arasında bir əsrlik əməkdaşlığa dair danışıqlara başlandığını elan edib.

Olaylar.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın Ukraynadakı səfirliyi sosial mediada məlumat yayıb. 

Qeyd olunur ki, yeni saziş iki ölkə arasında münasibətlərin bütün spektri üzrə "güclü əlaqələr" qurmalıdır. Söhbət xüsusilə ticarət, təhlükəsizlik, müdafiə, elm, təhsil, mədəniyyət və başqa sahələrdən gedir. 

Xatırladaq ki, Britaniya 2024-cü ilin yanvarında Ukrayna ilə müqaviləyə Rusiya ilə münaqişədə birbaşa iştirakla bağlı bəndləri daxil etməyib. Sənəddə deyilir ki, Britaniya Ukrayna Silahlı Qüvvələrini hava hücumundan müdafiə sistemləri, artilleriya və "uzaq mənzilli atəş silahları" ilə təmin etmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla