AZ

Generatorlar və kompressorlar üçün yüksəksəviyyəli quraşdırma - “Ramoil Company”

Azərbaycanın sənaye sektorunda aparıcı yerlərdan birini tutan “RAMOIL COMPANY” MMC 2017-ci ildə təsis edilib.

Şirkət  “SOCAR”, “GLOBAL ENERGY”, “STP”, “AZƏRİQAZ”, “AZNEFT”, “QAZMA TRESTİ” və digər dövlət və özəl şirkətlər ilə birlikdə bir çox layihələrə imza atıb.

Azərbaycanda fəaliyyət göstərən neft-qaz firmalarının mal və xidmətlərlə təchiz edilməsi işində “RAMOİL COMPANY” MMC şirkəti dünyanın bir çox ölkələrində-Rusiya, Ukrayna, Almaniya, Türkiyə, Cənubi Koreya və s. istehsalçı firma və korporasiyalarla əməkdaşlıq və tərəfdaşlıq edir. 

SOCAR-ın Təchizat İdarəsinin, Azneft İB-nin, NeftQazTikinti trestinin, KQİT-nin ,SOCAR-AQŞ MMC, UBOC şirkətləri ilə əməkdaşlıq edib. İşlərin görülməsi keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normaların mütləq riayət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə əsaslanır. Müəssisə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün lazımi icazələri alıb, TPO sertifikatı əldə edib və beynəlxalq standartlar əsasında fəaliyyətini daha da təkmilləşdirmək üçün işlər aparır. 

“RAMOIL COMPANY” MMC şirkətinin məqsədi:

Şirkətin yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda Azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək, müasir idarəetmə metodları ilə elm və texnikanın ən son naliyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır.

“RAMOIL COMPANY” MMC olaraq biz generatorlar və kompressorlar üçün yüksəksəviyyəli quraşdırma, təmir və texniki xidmət göstərmək üçün ixtisaslaşmışıq.

Təcrübəli texniklərimizdən ibarət komandamız avadanlıqlarınızın ən yüksək performansla işləməsini təmin etməyə, ehtiyac duyduğunuz zaman sizi etibarlı enerji və sıxılmış hava ilə təmin etməyə sadiqdir.

Mütəxəssis texniklərimiz generatorlarınızın və kompressorlarınızın dəqiqliklə və sənaye standartlarına uyğun quraşdırılmasını təmin edəcək.

Fərdi Həllər: Biz sizin xüsusi tələblərinizə və məkan məhdudiyyətlərinizə cavab vermək üçün hazırlanmış fərdiləşdirilmiş quraşdırma həlləri təklif edirik.

“RAMOIL COMPANY” MMC bu göstərilən xidmətləri həyata keçirir:

- Generatorların və kompressorların quraşdırılması, təmiri və servisi;

- Qaldırıcı və hidravlik qurğuların təmiri və servisi;

- Mexaniki və elektrik mühərriklərin təmiri və servisi;

- Yüksək gərginlikli xətlərin çəkilməsi və transformatorların quraşdırılması;

- Qaz və su xətlərinin çəkilməsi.

SERTİFİKATLAR və LİSENZİYALAR:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən "RAMOIL COMPANY" MMC şirkətinin işçi potensialını texniki imkanlarını nəzərə alaraq, aşağıdakı işlərin görülməsi üçün ona lisenziyalar təqdim edilmişdir:

•Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi;

•Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması;

•Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri; 

•Energetika obyektlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, sazlanması və təmiri; 

•Rusiya dəniz reyestri, şirkətə "Gəmilərdə hər cür mexaniki və elektrik təmir, sazlama işlərinin həyata keçirilməsi" sahələri üzrə müvafiq Şəhadətnamə vermişdir.

Şirkətin siyasəti: “RAMOIL COMPANY” MMC şirkətinin rəhbərliyi, görülən işlərin keyfiyyətinə müntəzəm olaraq nəzarət edir. Ətraf Mühitin İdarə Edilməsi və Əməyin Mühafizəsi və Təhlükəsizliyi Sisteminin yaradılmasına xüsusi diqqət yetirir.

Qeyd olunanlar, “RAMOIL COMPANY” MMC şirkətinə aşağıda göstərilən beynəlxalq sertifikatların verilməsinə imkan yaradıb:

ISO 9001-2015 “Keyfiyyətli İdarəetmə Sistemi”

ISO 14001-2015 “Ətraf Mühiti İdarəetmə Sistemi”

ISO 45001-2018 “Əməyin Mühafizəsi və Təhlükəsizlik İdarəetmə Sistemi”

“RAMOİL COMPANY” MMC  yerl şirkətlərlə yanaşı xarici firmalarla da əməkdaşlıq edir. Bir sıra müqavilələrə imza atılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla