AZ

ABŞ-nin Rusiyaya sanksiyaları nə vaxtadək davam edəcək?

ABŞ mayın 1-də Rusiyanın hərbi sənaye bazasına dəstək səbəbindən müxtəlif ölkələrdən 29 fiziki və 250-dən çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Vaşinqtonun yeni sanksiyalarını “qanunsuz hiylə” kimi qiymətləndirib.

Bəs görəsən, uzun zamandır ABŞ-nin Rusiyaya qarşı sərgilədiyi mövqe gözlənilən nəticəni verirmi?

Politoloq Bəhram İsmayıl Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, artıq Amerika Rusiya üzərində üstünlük əldə edib.

Onun sözlərinə görə, ABŞ bu prosesi və təzyiqlərini Rusiyanı istədiyi formatda masaya oturdanadək davam etdirəcək:

"Rusiyanın rus hərbi birləşmələrinin Azərbaycanı tərk etməsi, Ermənistandan hərbi qüvvələrinin çıxarılma siqnallarının verilməsi və Rusiya forbostluğundan çıxarılması- nəticədə Cənubi Qafqazı böyük anlamda itirməsi hesab olunur. Bundan başqa, Orta Asiya Türk Dövlətlərinin siyasi vektorlarını Türkiyəyə, türk dünyasına çevirməsi və geopolitik maraqlarını uzlaşdırması, Ukrayna ilə savaşda dünyadakı rus hərbi xofunun aradan qalxması və s. kimi amillər Rusiyanın zəifləməsini və ABŞ-Rusiya qarşısında birincinin ciddi üstünlük əldə etməsini göstərir. 35 il bundan öncə Amerikanın burnunun dibində - Kubada Amerikaya barmaq silkələyən Rusiya artıq kifayət qədər "öz sərhədlərinə" sıxışdırmaqdadır".

Müsahibimiz bildirib ki, iqtisadi sahədə də Rusiyanın böyük itkiləri var. Ukrayna ilə müharibəyə çəkilən nəhəng xərc, o cümlədən çoxşaxəli embarqolar Rusiya iqtisadiyyatını sarsıdır. Lakin iqtisadi embarqoların və hərbi xərclərin Rusiyanı çökdürəcəyi gözlənilmir.

Bəhram İsmayıl, politoloq

"Çünki yalnız demokratik cəmiyyətlərdə, insan amilinin hər şeydən öndə tutulduğu bir ortamda bu sanksiyalar və iqtisadi itkilər Rusiyaya təsir edə bilərdi. Avtokrat, hətt yarımdiktatura bir rejimdə insan amilinin heç bir rolu olmadığı və etiraz zehniyyəti tamamilə susdurulduğu üçün bu sanksiyalar Rusiyanın çox da "vecinə" deyil. Təəssüf ki, ABŞ və Qərb bu amili heç vaxt doğru qiymətləndirə bilmirlər", - deyə politoloq qeyd edib.

B.İsmayıl hesab edir ki, bütün hallarda yaxın dövrdə dünyanın super gücü olmaq iddiasında olan Rusiya xeyli zəifləyəcək. Hətta müharibəni müvəqqəti də olsa bitirmək istəyəcək.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
Mənbələr
Şərh ()
Bağla