AZ

"Mançester Yunayted"dən Erik ten Haqla bağlı QƏRAR

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Erik ten Haqla bağlı qərarını verib.

Bakıvaxtı.az xəbər verir ki, rəhbərlik 53 yaşlı mütəxəssisi növbəti mövsümdə də komandada saxlamaq niyyətindədir.

Xarici KİV-də yer alan məlumata görə, “Mançester Yunayted”in yeni sahibləri onun postundan ayrılmasını və əvəzlənməsini əlavə xərc hesab etdikləri üçün müqaviləyə xitam verməməyi düşünürlər.

Qeyd edək ki, o, 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Ten Haqın rəhbərliyi altında komanda bu mövsüm meydana çıxdığı 34 oyunda 54 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla