AZ

"Mançester Yunayted" Ten Haqla bağlı qərarını verib

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Erik ten Haqla bağlı qərarını verib.

"Report"un "The Athletic"ə istinadən məlumatına görə, rəhbərlik 53 yaşlı mütəxəssisi növbəti mövsümdə də komandada saxlamaq niyyətindədir.

Xarici KİV-də yer alan məlumata görə, “Mançester Yunayted”in yeni sahibləri onun postundan ayrılmasını və əvəzlənməsini əlavə xərc hesab etdikləri üçün müqaviləyə xitam verməməyi düşünürlər.

Qeyd edək ki, o, 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Ten Haqın rəhbərliyi altında komanda bu mövsüm meydana çıxdığı 34 oyunda 54 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
report.az

4Mənbələr