AZ

Uca səslə danışmaq: MƏDƏNİYYƏT, YOXSA MƏDƏNİYYƏTSİZLİK? - ARAŞDIRMA

Gündəlik həyatın hər sahəsində yüksək səslə danışan insanlara rast gəlmək mümkündür. Bəs, bu nədən qaynaqlanır? Mədəniyyətsizlikdən, yoxsa hər hansı bir psixoloji problemdən yaranan haldır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Türk mütəxəssislərin bir qismi söyləyir ki, səs tonu yüksək olan insanlar şiddətə meyilli olur. Aparılan araşdırmalara görə, səs tonu ünsiyyətdə yüzdə 30 təsirlidir.

Səs tonu yüksək olan insanların daha aqressiv rəftar nümayiş etdirdiyini ifadə edən mütəxəssislər, əgər şəxs idarə oluna bilmirsə və ətrafındakılara zərər verirsə, mütləq məsləhət, lazım gələrsə psixoloq dəstəyi alması lazım olduğunu bildirirlər.

Düşünmək və düşündüklərini ifadə etmək insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətdir. Bəzi insanlar fikirlərini səhv ifadə etdikdə səs tonunu yüksəldir. Bir sözlə, insan özünü ifadə etmək üçün müxtəlif üsullara əl atır.

Bəzən insanlar effektiv ünsiyyət qurmağı bilmirlər və bunu sosial mühitdə öyrənməklə insanlar üzərində güc qazana və səs tonunu yüksəltməklə onlara hakim ola biləcəklərini düşünərək yüksəkdən danışırlar.

Nitq insanlar arasında ünsiyyət və qarşılıqlı əlaqəni təmin edən ən kəskin qabiliyyətdir. Ən təsirli formadır. İnsanlar hiss, düşüncə, istək və gözləntilərini danışaraq ifadə edir. Danışarkən səsinin tembrindən də faydalanması çox təbiidir. İstifadə olunan dil və üslub ağılın fəaliyyətini göstərməklə yanaşı, ünsiyyət keyfiyyətini də ortaya qoyur.

Ünsiyyətin əsas məqsədi qəbul etmək və başa düşülmək istəyidir. Səsinizi yüksəltmək bir-birinizi daha yaxşı başa düşmək və ya daha başa düşülən olmaq, yoxsa daha dominant olmaq üçün istifadə olunan bir üsuldur? Səs yüksəldikcə insan daha başa düşüləndir, yoxsa daha doğru?

Ünsiyyət səylərimizdə sözlər səs tonumuzdan daha az yer tutur. Başqa sözlə desək, səs tonundan səmərəli və düzgün istifadə etmək, başa düşməyi asanlaşdıracaq. Yüksək səs tonu qıcıqlandırır. Anlaşılmaq cəhdi alt-üst olur, çaşqınlığa səbəb olur. Bu da insanlar arasında gərginliyi artırır, məsafə yaradır. Qışqırmaq və ya döyüşmək kimi qəzəbli tonda danışmaq doğru deyil.

Başqalarını əzmək üçün qışqıran və qışqırmaqla qarşı tərəfi razı sala biləcəklərini düşünənlər də var. Qışqırmaq qəzəbini atmağın, özünüzü rahatlaşdırmağın, sıxıntı və kədərinizdən qurtulmağın ən asan, lakin ən zərərli yoludur. Səs tonu ilə hücum edən insanlar tez-tez qəzəbli, nəzarətçi, aqressiv və düşmənçiliyə sahib olurlar.

Elmi araşdırmalar göstərir ki, yüksək səslə danışmağın mənfi təsiri çoxdur. Davamlı olaraq yüksək səslə danışan birinin ətrafında olmaq ilk növbədə əsəbilik və gərginliyə, hətta sonda psixoloji pozğunluqlara səbəb ola bilər. Səsin tonu artdıqca diskomfort da artır, diqqət dağılır.

Qışqırmadan danışmaq fəzilətdir. Ən əsası, qarşı tərəfin yaşından asılı olmayaraq, ən böyük hörmət əlamətidir. Səsin yumşalması sözləri də yumşaltdığı üçün qulağa xoş gələr, ürəyə xitab edər. Səsin tonu nə qədər aşağı olarsa, anlama dərəcəsi bir o qədər yüksək olar.

Səs tonunun danışığa uyğun tənzimlənməsi və müəyyən desibeldən çox olmaması vacibdir. İkitərəfli və ya qrup dialoqlarında digər şəxsin eşitmə diapazonunda ən aşağı səslə danışmaq ən uyğundur. Səs insanın ən dərin hisslərini və düşüncələrini çatdıran kanaldır. Səs tonu danışıq sözünə məna qatır, emosionallıq verir və təsirini artırır.

Nə qədər yaxşı başa düşülmək istəsək, bir o qədər sadə və yumşaq səs tonu ilə başlaya bilməliyik. Səsi aşağı salmaq, qışqırmamaq nitq qaydasıdır, ədəb qaydasıdır. Ünsiyyət prosesində nəzakətli və mülayim üslubu mənimsəmək, ağıllı danışmaq, yaxşı sözlər deyə bilmək hər zaman ən doğru yoldur.

Səsimizi eşitdirməkdənsə, ürəyimizin, səsini eşitdirək. Çox qışqırmaq əvəzinə bir-birimizi daha çox sevək. Gəlin bir-birimizlə sevgi bağı, sevgi dili yaradaq. Kin və nifrət sözləri yerinə sevgi sözlərindən istifadə edək. Çünki səs yüksəldikcə ürəklər bir-birindən uzaqlaşır, sevgi azalır”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
Mənbələr
Şərh ()
Bağla