AZ

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Rusiya

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov qonağı ölkəmizin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi dövlət-din modeli, birgəyaşayış mühiti, habelə dinlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətlər barədə məlumatlandırıb.

Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Azərbaycanın gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirdiyini, bu cür təşəbbüslərin bəşəri həmrəyliyə müsbət təsir göstərdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla