AZ

Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritməsi ehtimalı ilə bağlı sözləri təhlükəli tendensiyadır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bəyanat çox vacib və təhlükəlidir. Fransa dövlət başçısının şəxsində Fransa daim Ukrayna ətrafındakı münaqişədə yerdə birbaşa iştirakın mümkünlüyü barədə danışır”, - o bildirib. Peskov əlavə edib ki, Rusiya bu mövzunu izləyəcək və Ukraynada hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.

Böyük Britaniyanın xarici işlər naziri Kemeronun Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququ ilə bağlı bəyanatlarını şərh edən Peskov qeyd edib ki, bu, London tərəfindən şifahi eskalasiyadır və Avropa təhlükəsizliyinə potensial risk yarada bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
Mənbələr
Şərh ()
Bağla