AZ

May ayında niyə toy ETMƏK OLMAZ? - Astroloq və ilahiyyatçı AÇIQLAYIR

“May ayında toy eləmək olmaz” ifadəsini eşitməyən tapılmaz. Qədim bir inanca görə may ayında baş tutan nikahlar bədbəxt sonluqla nəticələnir. 

Bu doğurdan da belədir? 

Astroloq Aytən Salami Ednews-a açıqlamasında qeyd edir ki, may ayında toyun olub-olmaması tamamilə qədim inanclara bağlanır. Bunun reallıqla, məntiqlə, astrologiya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, keçmiş zamanlarda may ayı əkin-biçin mövsümü olub. İşlərin çoxluğu, insanların məşğuliyyətinin daha çox olması, vaxtlarını işə sərf etmələri may ayında toyların olmamasına gətirib çıxarır:

38c58b98-d789-4985-8f6e-9a00b4537f4f.jpg

"Əslində bu ilin may ayında çox gözəl enerjilər, bolluq və bərəkət var. Bu il may ayının 21-nə qədər buğa bürcünün təmsili Günəş  buğa bürcündədir. Bununla yanaşı Venera da buğa bürcündədir. Venera da bolluğun, sevginin planetidir. May ayı evlilik üçün ideal  aydır. 

Astrologiya onu dəstəkləyir ki, ayı, ili qarışdırmaq lazım deyil. Həqiqtən də enerjilər var və xəritəyə əsaslanır”.

Astroloq gənclərə məsləhət görür ki, astroloji olaraq il ərzində Venera və Merkuri planetlərinin retroda yəni geri hərəkətdə olduğu zaman evlilik etməsinlər.

“Ona görə ki, Merkuri geri hərəkətdə olduğu zaman evlənmək  düzgün deyil. Tez boşanmalar ola bilər. Venera da sevginin planetidir. Venera retroda olduğu zaman ailə həyatı quranda yaşana biləcək problemlər ilə üzləşə bilərlər. Bu ümumi dəyərləndirmədir. Bununla yanaşı toy tarixi seçərkən həftənin günlərinə toxunsaq həftənin 5-ci günü, Veneranın 1-ci gün isə Ayın günüdür. Orada olan enerjilər daha yaxşıdır. 2-ci və 6-cı gün daha neqativ enerjilər var. Çünki Saturn və Marsın günüdür. O günlərdə qurulan ailələrdə daha çox söz-söhbət, çətinlik və neqativ enerjilər olur”.

İlahiyyatçı Tural İrfan mayda toy keçirilməməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirdi. Xurafatçılar belə ənənə formalaşdırıb ki, guya may ayı toy ayı yox, vay ayıdır. Guya bu ayda toy edənlər xoşbəxt olmur, başına iş gəlir və. s. 

326908348_1117446122272422_4609454756322105667_n.jpg

“Əvvəla qeyd edim ki, bu haqda nə dinimizdə, nə də ənənələrimizdə bir göstəriş, bir işarə yoxdur. Ancaq bu xurafatın haradan və necə bizə keçməsi də müəmmalıdır. Bəziləri ermənilərdən, bəziləri başqa xalqlardan keçdiyini deyirlər. Ola bilsin mayda Ay əqrəb bürcündə olduğu üçün, bu bürc də Mars planetinin təsirində olduğuna görə haçansa kimsə bir söz deyib, indi də camaat buna inanır. Mars planeti müharibə, savaş, qan rəmzidir. Başqa cür bunun heç bir izahı yoxdur. Ancaq İslam dini ulduzlara görə hökm verməyi qadağan edib. Əgər bu prizmadan deyilirsə ki, mayda yer şər planetinin təsirində olduğu üçün toy etmək olmaz, bu da etibarsızdır”.

İlahiyyatçının sözlərinə görə, insanı xoşbəxt və ya bədbəxt edən planet, ulduzlar yox Allah və özüdür. Dinimizə görə hər bir ayda, hər bir gündə toy da etmək olar, evlənmək də olar.

“Hətta İslam dinində, müqəddəs kitabımızda matəm ayı, matəm günü deyə bir gün də yoxdur. Ümumiyyətlə İslam dinində 3 gündən artıq yas, matəm tutmaq qadağan edilib. İslam dini pozitiv dindir, ancaq təəssüf ki, bəziləri onu xurafatlarla, batil inanclarına qarışdırıb qara, bədbin, ancaq yas və ağlaşma dini kimi bədbin ruhda təqdim edirlər. Dinimizdə nəhs ay, nəhs gün deyə bir şey yoxdur. İnsanlar may ayında da, Məhərrəm ayında da, Ramazan ayında da toy edə, evlənə bilərlər”.

Aynurə İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
Mənbələr
Şərh ()
Bağla