AZ

Dövlət qurumları arasında intellektual yarış keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət qurumları arasında "Heydər Əliyev İrsi" adlı intellektual yarış keçirilib.

“Cebhe.info” xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən intellektual yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının, Məşğulluq Agentliyinin Lənkəran-Astara Filialının, Lənkəran “ASAN Xidmət” Mərkəzinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin komandaları iştirak ediblər. 

Yarışda Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı olan suallar cavablandırılıb. Gərgin keçən intellektual mübarizədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin #Bellator komandası 1-ci , Lənkəran “ASAN xidmət” Mərkəzinin #ASAN komandası 2-ci yeri, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının #Naturalist komandası isə 3-cü yeri qazanıb.

Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla