AZ

Tütün məmulatlarından istifadə: Cərimələri artırmaq lazımdır -SOSİOLOQDAN TƏKLİF

prezidenti İlham Əliyev qprezidenti İlham Əliyevin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” imzaladığı qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:
- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
 - səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
 - ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;
Qeyd edək ki, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.
İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə ediləcək.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnəcək.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, qapalı yerlərdə siqaret çəkmək qadağası tam normal, ədalətli və məntiqli qərardır:

“Azərbaycanda qərar başlayandan bəri xeyli riayət olundu. Bir qədər vəziyyət düzəlmişdi. Sonradan nəzarətsizlik yenə həmin vvəziyyətə gətirib çıxardı. İnsanların alışqanlıqları və rahatlıqlarına düşkünlükləri üçün problem olsa da, bu qərar cəmiyyət üçün faydalıdır. Ümumiyyətlə siqaret çəkənlər üçün də xüsusi yerlər olmalıdır. Elmi fakta görə siqaret çəkən şəxs onun yalnız 25 faizini istifadə edir, 25 faizi yanaraq kül olur, 50 faizini isə ətrafdakı şəxslər qəbul edir. Bunun qarşısın almaq üçün daim nəzarət və cərimələr tətbiq olunmalıdır. Nəzarətsizlik bu qərarı arxa plana atıb. Davamlı şəkildə reytinqlər aparmaq və cərimələri artırmaq lazımdır. Bir dəfə cərimə olunan ikinci dəfə buna yol verməyəcək.”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla