AZ

Tofiq Cəfərli: "Valideynlərin sosial media platformaları və onların imkanları haqqında maarifləndirilməsi vacibdir"

"Ümumilikdə kibertəhlükəsizlik anlayışı olduqca aktualdır və günü-gündən öz aktuallığını artırır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq bu istiqamətdə həm xidmətə aid platformaları vasitəsilə, həmçinin müvafiq tədbirlər vasitəsilə maarifləndirmə tədbirləri keçirilir. Bu maarifləndirmə tədbirlərinin əsas mahiyyəti cəmiyyətin kibertəhlükəsizlik anlayışını, kibergigiyena və fərdi məlumatlara dair ciddi yanaşmasını təşviq etməkdir".

“Operativ Media" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə” panel sessiyasında deyib.

"Konkret olaraq kibergigiyenadan danışsaq, dünya praktikası onu göstərir ki, elektron orqanda kiberbullinqlə rastlaşan yaş qrupu məhz uşaqlardır. Bu sahədə Azərbaycan Respublikasının "Zərərli informasiyanın qorunması haqqında" qanuna əsasən uşaqların müvafiq yaş qrupuna əlçatan olması və zərərin məhdudlaşdırılması istiqamətində istər yerli, istər xarici mediaportal inzibatçıları yerləşdirdiyi kontentə görə məsuliyyət daşıyırlar. Sözsüz ki, belə bir halların baş verməsi zamanı həm qanuni müstəvidə, həm də həmin sosial media inzibatçısına müvafiq qaydada müraciət etmək olar".

O qeyd edib ki, maarifləndirmə tədbirləri zamanı bir neçə məqama xüsusilə diqqət ayrılır:

"Bu məqamlardan biri valideynlərin sosial media platformaları və onların imkanları haqqında maarifləndirilməsidir. Fərdi məlumatlar olduqca ciddi bir mövzudur və elektron ortamda fərdi məlumatların yerləşdirilməsi ehtimal yaradır ki, gələcəkdə həmin məlumatlar vətəndaşın özünə qarşı istifadə oluna bilər. Yəni müəyyən risk daşıyır və buna xüsusilə profil sahibləri diqqət ayırmalıdırlar. Valideynlərdən danışanda isə valideynlərin məsuliyyəti ikiqatdır, çünki onlar həm də uşaqların təhlükəsizliyini təmin etməlidirlər. Əlavə olaraq, sosial şəbəkələrdə valideyn kontrolu mövcuddur. Valideyn bu alətlər vasitəsilə öz övladlarının kontentə giriş yetkisini, həm də onların keçirdikləri ümumi vaxtı kontrol etsinlər. Bu, çox önəmlidir, çünki praktika, tendensiya onu göstərir ki, uşaqlar və gənclər günün bir çox hissəsini məhz sosial şəbəkələrdə keçirirlər və onlar qəbul etdiyi məlumatları məhz bu mənbələrdən alırlar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla