AZ

Bizə “qırmızı”, “Bayer”ə isə “sarı”... - Video

Ötən gecə UEFA Avropa Liqasının yarımfinalında Almaniyanın “Bayer” (Leverkuzen) klubu səfərdə İtaliyanın “Roma” klubunu 2:0 hesabı ilə məğlub edib. “Qafqazinfo” xəbər verir ki, Xabi Alonsonun komandasının qələbə qazanması fonunda matçın hakimliyi də müzakirə mövzusuna çevrilib. 

Belə ki, oyunun baş hakimi Fransua Leteksye qarşılaşmanın əvvəllərində verdiyi qərarla diqqət mərkəzinə düşüb. Fransalı referi oyunun 16-cı dəqiqəsində qonaqların futbolçusu Conatan Tanın romalıların hücumçusu Romelu Lukakuya qarşı kobudluğunu sarı vərəqə ilə cəzalandırıb. Lakin həmin an belçikalı forvard Tadan sıyrılsaydı, qapıçı ilə təkbətək qala bilərdi. Buna baxmayaraq referi epizoda VAR-da da baxmayıb. Məhz bu səbəbdən meydan sahibləri hakimə də etirazlarını bildiriblər. 

Fransua Leteksyenin verdiyi qərar Azərbaycanda da birmənalı qarşılanmayıb. Hakimin qırmızı vərəqə əvəzinə sarı vərəqə verdiyi epizod Avropa Liqasının 1/8 final mərhələsində Leverkuzendə baş tutan “Bayer” – “Qarabağ” (3:2) görüşündə Elvin Cəfərquliyevə qırmızı vərəqə verilən epizodla müqayisə edilib. UEFA-nın keçirdiyi yarışda hakimlərin bu cür iki standartları müxtəlif  fikirlərə yol açır. Oxşar epizodlarda fərqli qərar verilməsi əlbəttə ki, böyük müzakirə mövzusu olacaq.

Alman nəhənginə qarşı səfərdə keçirilən matçda hesabda öndə olarkən məşhur hakim Entoni Teylorun “Qarabağ”ı oxşar epizoda görə azlıqda qoyması, birbaşa nəticəyə təsir edən əsassız qərar verməsi yenidən gündəmə gəlib. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla