AZ

Pentaqonun Ukraynaya göndərmək üçün kifayət qədər ATACMS raketləri var

ABŞ ordusunun və Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün Amerikanın kifayət qədər ATACMS raketləri var. Bu barədə “Politico” Pentaqonun satınalma və təchizat üzrə nümayəndəsi Duqlas Buşa istinadən xəbər verir.

D.Buş deyib: “Bir neçə il əvvəl sifariş edilmiş xeyli sayda raketlər... indi Ukraynaya lazımi vaxtda yetişir”.

O qeyd edib ki, ABŞ hər ay onlarla əlavə ATACMS raketləri alır və bu tendensiya 2024-cü ilin sonuna qədər davam edəcək. Onun sözlərinə görə, Amerikanın müdafiə müəssisələrinin konveyer xətlərindən “çox saytda ATACMS” çıxır.

S.ELAY

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla