AZ

ABŞ-ın siyasəti beynəlxalq təşkilatı nüfuzdan salır -Daimi Nümayəndəlik

Moskvanın kimyəvi silahdan istifadə ilə bağlı ittiham edilməsi əsassızdır və Vaşinqtonun siyasəti Rusiyada kimyəvi silahların məhv edildiyini təsdiqləyən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatını (OPCW) nüfuzdan salır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlik hesab edir ki, Rusiyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlar əsassızdır.

“Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Rusiyanın bütün kimyəvi arsenalını məhv etdiyini təsdiqləyib”, - bəyanatda qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla