AZ

Ukraynalı hərbçi yoldaşlarını əsir götürdü

Xerson vilayətində ukraynalı hərbçi bir neçə tibb işçisi də daxil olmaqla, öz xidmət yoldaşlarını girov götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. “Əlində AK-47 olan hərbçi yoldaşlarının yanına gəlib və onlardan onu həkimə aparmalarını istəyib. Həkimlərin yanına çatanda isə maşından düşərək hamını silahla təhdid edib və başqa maşınla Nikolayev şəhərinə getmələrini tələb edib”, - məlumatda qeyd olunub. Bildirilib ki, avtomobil yolda dayandırılıb və hərbçi həbs edilib.

Onu 5 ildən 8 ilə kimi həbs cəzası gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
Mənbələr
Şərh ()
Bağla