AZ

Nazirlik rəsmisi: "Məktəblərdə bullinq faktları var və bununla mübarizə aparılır"

"Bullinq qeyri-bərabər gücü olan insanların bir-birilərinə davamlı, mütəmadi xarakterli zorakılıq göstərməsidir. Burada həm sosial, həm fiziki, həm də yaş bərabərsizliyindən söhbət gedə bilər. Bullinq nəticəsində insanlar həyatlarını itirə bilər və biz bunun nəticələrini həm təhsil ocaqlarıda, həm də ictimaiyyətdə görmüşük".

“Operativ Media" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” panel sessiyasında deyib:

"Azərbaycanda 4 min 500 məktəb var, burada 1 milyon 600 mindən çox şagirddən söhbət gedir, əlavə olaraq məktəbəqədər təhsil və ali təhsil müəssisələrini əlavə etsək, maştab olduqca böyükdür. Elm və Təhsil Nazirliyinin bullinqlə bağlı konkret "uşaq müdafiə siyasəti" var. Məktəblərdə maarifləndirmə işləri aparılır, ancaq bu proses nə qədər maştablı aparılır? Son zamanlar 5 mndən çox müəllim bullinqlə bağlı maarifləndirilib. Ancaq konkret bu istiqamətdə işləyən bir neçə yeni layihəmiz var. "Məktəblinin Dostu" 238 məktəbi əhatə edir, 78-də daha aktiv fazada fəaliyyət göstərir, digərlərində monitorinqlər həyata keçirir. Ancaq bu monitorinqlərin sayını artırmaq istəyirik. bakı, Sumqayır, Abşerondan sonra, Gəncədə artıq fəaliyyətə başlayır və digər regionlarda da bu proses davam etdiriləcək".

O qeyd edib ki, nazirlik tərəfindən oktyabrdan etibarən məktəblərdə "Sosial pedoqoq" layihəsini həyata keçirilir:

"Sosioal pedeqoq uşaqların emosional- sosial ehtiyaclarının dolğun qarşılanması, araşdırılması, şagirdlərin davamiyyəti, təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məsələlrinə xidmət edir. Həmçinin kiberbullinq məsələsini də özündə əhatə edir. Bəzən şagirdə edilən kiberbullinqin kim tərəfindən edildiyini araşdırmaq çətin olur, çünki feyk, yəni saxta profillərdən istifadə olunur.  Kiberbullinqə gətirən məsələlərdən biri də kibertəhlüksizlik məsələlərinə doğru əməl olunmamasıdır. Bu uşaqların kimliyinin məlum olması və neqativ hadisələrdə onların müzakirəedilməsi bullinqlə nəticələnir, həm də uşağın bütün həyatına təsir edir. Məktəblərdə bullinq faktları var. Bununla mübarizə də aparılır. Ancaq mediada bullinq hadisələrinin işıqlandırılması zamanı uşaqların kimliyinin müəyyən edilməsi halları çoxdur. Onların üzlərinin açıq formada paylaşılması, onlardan müsahibələrin alınması həmin uşaqların həyatına təsir edən amillərdən biridir. Məktəblərdə bullinq siyasətinin olmasının tərəfdarıyıq. eyni zamanda məktəblərdə yeni "şagird davranış qaydaları" tətbiq edilir. Bu da özündə bullinqlə mübarizəni ehtiva edir. Hələ ki pilot layihə kimi həyata keçirilir, ancaq nazirlik olaraq bütün məktəblərdə şagird davranış qaydalarını tətbiq olunmasının tərəfarıyıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla