AZ

Xırdalanda bir neçə qayda pozansürücü qəza törətdi- ANBAAN VİDEO

Abşeron rayonu Xırdalan şəhərində baş vermiş yol qəzası anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Növbəsini gözləmədən yola çıxan “Opel” markalı avtomobilin sürücüsü düz xəttin tələbini pozur. Belə ki, qayda pozan sürücü sol zolaqda hərəkətdə olan “Ravon Nexia” markalı maşına əhəmiyyət vermədən geriyə dönür və qəzaya səbəb olur. 
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, sürücü hərəkətdə olan nəqliyyat vasitələrinə yol vermədən manevr etdiyi və 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2 maddələrinə əsasən cərimələnə bilər.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla