AZ

Premyer Liqa klubundan daha bir ƏCAİB QƏRAR - Legionerlərə pul var, onlara yox

Əsas komandaya, legionerlərin alınmasınamilyonlarla manat pul xərcləyən “Səbail” bu prosesə paralel olaraq, uşaq futboluna diqqəti get-gedə azaltmaqdadır.
Təəssüf ki, vəziyyət belədir.
Deməli, klubun idarəçiləri akademiyanın normal fəaliyyətinə əngəl yaradan növbəti addımı atıb. Belə ki, aşağı yaş qrupları üzrə komandalar onlara ayrılan nəqliyyat vasitələrinin xədmətindən məhrum edilib. Avtobuslar gündəlik olaraq uşaq və yeniyetmələri şəhərin müxtəlif istiqamətlərindən Bayıla aparıb-gətirirdi. “Dənizçilər”in rəsmiləri vəsaitə qənaət adıyla bu xidməti yığışdırıb.
Daha öncə xəbər vermişdik ki, rəhbərlik ayrı-ayrı rayonlardan gətirilmiş perspektivli uşaq və yeniyetmələri qaldıqları yerdən çıxarıb.
Demə, onlar üçün Bayılda, stadiona yaxın ərazidə böyük ev kirayələyib. Təqribən 12-15 nəfər orada yerləşdirilib.
Yaxınlarda isə azyaşlıların valideynləri bazaya dəvət olunub və evin boşaldılacağı bildirilib. İddia olunub ki, klubun kirayə haqqını ödəməyə artıq imkanı çatmır.
Nəticədə həmin uşaqların bir çoxu «Səbail»i tərk etmək məcburiyyətində qalıb və «Qarabağ», «Sabah», «Neftçi» kimi klublara üz tutub.
Son vaxtlara kimi akademiyaya aylıq 4000 manat ayrılıb. Bu məbləğ sırf yolpulu üçün nəzərdə tutulub.
O da hamıya şamil deyilmiş. Hər komandadan bir neçə istedadlı uşaq və yeniyetmə seçilib, hansı ki, ailəsinin maddi durumu zəifdir və uzaq məsafədə yaşayır, Bayıla gəlib-gedə bilmir - onlara 50-100 manat civarında ödəmə edilirmiş.
Ötən ilin yayında AFFA-nın mətbuat katibi postunu «Səbail»in idman direktoru vəzifəsinə dəyişən Firuz Abdulla heç bir tutarlı səbəb gətirmədən bu addımı atıb.
Təbii ki, yaranmış vəziyyət akademiyanın fəaliyyətindəki nizamı pozub. Redaksiyamıza müraciət edən şikayətçi valideynlər övladlarını məşqə göndərməyə pul tapmadıqlarını söyləyirlər.
SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla