AZ

Dövlət Komitəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüş olub

Dövlət

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) rəhbəri Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasındakı tarixi dostluq əlaqələrinə toxunan DQİDK sədri iki dövlət arasındakı münasibətlərin daha da inkişaf edərək yeni mərhələyə yüksəldiyini bildirib. Ölkəmizdəki sağlam dini mühitin, multikultural birgəyaşayış təcrübəsinin önəmi barədə danışan Dövlət Komitəsinin sədri bu dəyərlərin qorunub saxlanılması və möhkəmləndirilməsi, eyni zamanda, əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Ramin Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın milli və dini kimlikləri, eləcə də islami dəyərlərinin qorunması, yaşadılması, habelə bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrinin əhəmiyyətinə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar BGMİ-nin fəaliyyət istiqamətləri, eləcə də Gürcüstanın dini-mənəvi mühiti barədə məlumat veriblər. Qonaqlar Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən bütün qurumları ilə əməkdaşlıq və əlaqələrin daha da güclənəciyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, nümayəndə heyəti Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizə səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla