AZ

Yaxın aylarda bu məhsullar ucuzlaşacaq -

Qarşıdakı aylarda bazarlarda kənd təsərrüfatı məhsullarının ucuzlaşması müşahidə olunacaq.Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib. O bildirib ki, mövsümi amillərin təsiri ilə meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları ucuzlaşmağa başlayacaq:"Amma biz erkən yaz aylarında bu ucuzlaşmanı hələki müşahidə etməyəcəyik. Çünki, hal-hazırda mövsümi meyvələrin nübar vaxtıdır. Onların istixana şəraitində yetişdirilmiş variantı bazarlardadır. Xiyar, pomidor, çiyələk - bunlar hamısı istixana məhsuludur. Ona görə, onların da qiyməti yavaş-yavaş düşür. Xiyarın inkişaf etməsi üçün 23 dərcə istilik lazımdır, pomidorun inkişafı üçün 25-26 dərəcə. Bu cür isti olan günlərdə artıq istixanaları enerji ilə qızdırmaq lazım olmayacaq. Belə olan halda, həmin məhsulların həm maya dəyəri aşağı düşəcək, həm də açıq havada yetişəcəyinə görə, daha bol məhsul verəcək.Bir qədər sonra isə açıq sahədə yetişdirilən məhsullar bazara çıxacaq. Bu, bir qədər də qiymətlərin düşməsinə səbəb olacaq. Həm bolluq yaranacaq, həm də maya dəyəri azalacaq. Artıq soğanın qiymətində ucuzlaşma müşahidə olunur. Alça gündən-günə ucuzlaşır. Digər kənd təsərrüfatı məhsulları da havalar istiləşdikcə, məhsul bol olduqca ucuzlaşacaq". İqtisadçı onu da vurğulayıb ki, bu il kənd təsərrüfatı məhsullarının keçən ilki qədər ucuzlaşması gözlənilmir. Çünki, 1 il ərzində ən azı 10% inflyasiya olub. Deməli, ucuzlaşan qiymətlər belə, kəçən ilki həddən 10% yuxarı olmalıdır.

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla