AZ

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Seçilən
117
18
azmedia.az

10Mənbələr