Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.
Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.
Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.