AZ

ABŞ-da yanğında 34 nəfərin öldüyü gəminin kapitanına həbs cəzası verildi


ABŞ-ın Kaliforniya ştatında alovlanan və batan dalğıc qayığının kapitanı Cerri Boylan 4 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı 33 sərnişin və bir ekipaj üzvü həyatını itirib.

7NEWS.az xəbər verir ki, 2019-cu ildə ABŞ-ın Kaliforniya ştatında alovlanan və 34 nəfərin həyatına son qoyan dalğıc gəmisinin kapitanı 4 il müddətinə azadlıqdan məhrum edilib. Dünən həbs cəzasına məhkum edilən 70 yaşlı Cerri Boylan noyabr ayında ABŞ Dairə Məhkəməsinin münsiflər heyəti tərəfindən "gəmi işçisinin səhv davranışı və ya səhlənkarlığı"nda günahkar bilinib.

7NEWS.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla