AZ

“ACWA Power”lə razılaşma əldə olundu - Azərbaycanda külək enerjisinin istehsalı artırılacaq 

Azərbaycanda külək elektrik stansiyalarının ümumi gücü və küləkdən əldə edilən elektrik enerjisinin həcmi artırılacaq. Bu məqsədlə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanın quru ərazisində 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq külək enerjisi layihəsinin icrasına həyata keçirəcək.


Sfera.az xəbər verir ki, bununla bağlı Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdən sonra müqavilə imzalanıb. 
Müqaviləni Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti bağlayıb. 


2023-cü ilin sonuna olan məlumata əsasən ,Azərbaycanda 5 külək elektrik stansiyası var. Onların ümumi gücü 66,5 MVt-dır. “ACWA Power”lə əldə edilən razılaşmanın icrası ölkəmizdə külək stansiyalarının gücünün bir neçə dəfə artırılmasına imkan verəcək. 


Təəssüfləndirici fakt ondan ibarətdir ki, 2020-ci ildən külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi azalır. 2019-cu ildə 105,4 milyon kVt/saat elektrik enerjisi istehsal edildiyi halda 2020-ci ildə 96,1 milyon kVt/saat, 2022-ci ildə 83,3 milyon kVt/saat, 2023-cü ildə 56,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. 


2023-cü ilə qədər elektrik enerjisinin istehsalı külək elektrik stansiyalarında günəş elektrik stansiyalarına nisbətən çox olub. Ötən ildən isə günəş elektrik stansiyaların istehsal həcmi bir qədər də artaraq istilik, su və bio elektrik stansiyalarından sonra dördüncü sıraya yüksəlib.   


Qeyd edək ki, Azərbaycanın şərq hissəsində küləkli hava şəraiti tez-tez müşahidə edilir. “ACWA Power” şirkəti burada həm quruda, həm də dənizdə ümumi gücü 2,5 QVt olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq ölkəmizdə bərpa olunan enerji növlərinin inkişafını sürətləndirəcək. 


Vasif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla