AZ

Rusiyada xarici agent kimi qeydiyyatda olanların seçkilərdə iştirakıQADAĞAN EDİLİR

Rusiya Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi xarici agentlərin ölkədə bütün səviyyələrdə keçirilən seçkilərdə iştirakını qadağan edən düzəlişləri dəstəkləyib.

“İki sahil” TASS-a istinadla  xəbər verir ki, ilkin olaraq birmandatlı dairələrdən seçki komissiyalarına səhvlər və yazı xətaları ilə sənədlər təqdim etmiş vətəndaşların seçkilərdə iştirakının qarşısını almaq məqsədi daşıyan qanun layihəsinin ikinci oxunuşuna düzəlişlər edilib.

Dəyişikliklərə əsasən, Qanuna yeni norma əlavə edilir. Agentlik yazır ki, bu, namizədin sənədlərin təqdim edildiyi vaxta qədər “xarici agent statusuna xitam verməyə” borclu olduğunu nəzərdə tutur.

Aprelin əvvəlində deputatlar Dövlət Dumasına xarici agentlərin istənilən səviyyədə Rusiya seçkilərində iştirakını qadağan edən qanun layihəsi təqdim ediblər. Demək olar ki, dərhal qanun layihəsi yenidən baxılmaq üçün göndərildi.

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov qeyd edib ki, xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərin seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürmək hüququ var. Amma həmin şəxslərin böyük əksəriyyəti xaricdə yaşayır və anti-Rusiya mövqeyi tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
3
Mənbələr
Şərh ()
Bağla