AZ

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Vyetnamda

Bakı, 3 may, AZƏRTAC

Son bir neçə gün ərzində Vyetnamın cənubundakı Dong Nay əyalətində yerli yeməkxanada satılan çörəyi yedikdən sonra 487 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC “VnExpress International” saytına istinadla xəbər verir ki, zəhərlənənlərin 19-u evə buraxılıb. İki nəfərin vəziyyəti ağır olaraq qalır, digərləri isə daha yüngül simptomlarla müalicələrini davam etdirirlər.

Vyetnam Səhiyyə Nazirliyi yanında qida təhlükəsizliyi departamenti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Yeməkxananın fəaliyyəti dayandırılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
4
Mənbələr
Şərh ()
Bağla