AZ

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb: Ölənlər və çox sayda yaralı var

Türkiyədə sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb.

Editor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb. Qəza Ankara ilə Nijdeni birləşdirən yolda baş verib. İlkin məlumata görə, qəzanın səbəbkarı sükan arxasında yuxuya gedən və idarəetməni itirən sürücüdür.

Hadisə nəticəsində 2 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Həkimlər onlardan 6-nın vəziyyətini ağır kimi qiymətləndirirlər. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla