AZ

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

 

Bakı, 3 may, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası (İnformasiya Şurası) İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunacaq və SSRİ-nin hər bir xalqının onun əldə olunmasına töhfəsini əks etdirəcək xüsusi nəşr hazırlayacaq.

“Təklif edirəm ki, Qələbənin 80 illiyi ilə əlaqədar İnformasiya Şurasının üzvləri olan hər bir qurumun materialları əsasında vahid toplu nəşr edilsin. Beləliklə, hər bir agentlik öz tarixini araşdırmaq, naməlum faktları, hələ də xüsusi işıqlandırılmamış hadisələri aşkara çıxarmaq imkanı əldə edəcək. Bundan əlavə, hər bir agentlik öz fotoşəkillərini təqdim edəcək. Digər tərəfdən, Rusiya bu gün “Qələbə”ni özəlləşdirməkdə ittiham olunur. Bu layihə vasitəsilə biz hər bir xalqın töhfəsini dəyərləndirəcəyimizi bildiririk. Nəşrdə Avropa dillərində - ingilis, alman, fransız və digər dillərdə annotasiyaların yerləşdirilməsi məqsədəuyğun olardı”, - deyən Mixail Qusman əlavə edib ki, eyni məcmuələrin Azərbaycan, qazax, qırğız və digər dillərin əsasında vahid bir dizaynda yaradılması da mümkündür.

TASS agentliyi baş direktorunun birinci müavininin təklifi İnformasiya Şurasının digər üzvləri tərəfindən qəbul edilib.

Öz növbəsində, MDB İnformasiya Şurasının sədri, TASS-ın baş direktoru Andrey Kondraşov təklif edib ki, bu strukturun sentyabrda Moskvada keçiriləcək növbəti iclasında layihənin konsepsiyası gündəliyin ayrıca məsələsi kimi baxılmaq üçün təqdim edilsin, ondan sonra praktiki işlər 2025-ci ilin mayına qədər başlamalı və tamamlanmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla