AZ

Rusiya ilin əvvəlindən nə qədər ərazini zəbt edib?

"Rusiya hərbçiləri ilin əvvəlindən yeni regionlarda 547 kvadrat kilometr ərazini nəzarətə götürüb". 

News365.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrinə dağıtmaqda davam edir. Qarşı tərəfin qoşunları isə xətlərarası əlaqəni itirir. Lakin ukraynalılar mövqelərini tərk edərək geri çəkilməyə məcbur olur. O qeyd edib ki, son iki həftə ərzində Rusiya Silahlı Qüvvələri Novobaxmutovka, Semyonovka və Berdıçi yaşayış məntəqələrini tutub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
50
Mənbələr
Şərh ()
Bağla