Bu il Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 111 min nəfər, 21 min ədəd silah və hərbi texnikanı ötüb.

İndex.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Nazir qeyd edib ki, ilin əvvəlindən Rusiya qoşunları yeni regionlarda 547 kvadrat kilometr ərazini nəzarətə götürüb: “Hərbçilər düşmənin dayaq məntəqələri sistemini dağıtmağa davam edir. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin bölmələri mövqelərini tərk edərək geri çəkilməyə məcbur olurlar”.