AZ

“Komandaya gələndən bəri öz sistemini oturtmağa çalışdı” – Əfran İsmayılov ilk qələbə haqda

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın “sükanı arxasında” ilk qələbəsini qazandı. Oyunu izləyənlər arasında köməkçi məşqçi Əfran İsmayılov da var idi.

Gənc mütəxəssisdən komandadakı daşların üst-üstə oturub-oturmadığını öyrənmək istdəki. Görəsən, veteran futbolçu komandasının sonrakı qarşılaşmalarda sabit oyun sərgiləyəcəyinə ümid edirmi?

Onun “Football-plus.az”a söylədikləri:

“Bəli, yeni baş məşqçi gəldi. Elmar Baxşıyev hamımızın tanıdığı, Azərbaycan çempionatını yaxından tanıyan, komandasıyla birlikdə Avropada iştirak edən biridi. Onun da öz dəst-xətti var. Komandaya gələndən bəri öz sistemini oturtmağa çalışdı. Yeni gəldiyi üçün çətinliklərimizin olacağını da bildirərək, komandanı toplamağa çalışdı və getdikcə də bunu bacarır. Özüm də futbolçularla danışanda həqiqətən bildirirlər ki, məşq tam dəyişib. Daha aqressiv, daha intensiv, daha maraqlıdı. Üstəlik Elmar müəllim çalışır ki, oyunçulara nəsə öyrətsin. Şükürlər olsun ki, iki məğlubiyyətdən sonra ilk qələbəmizi qazandıq. İnanıram ki, getdikcə daha yaxşı nəticələr əldə edəcəyik. Hələ ki Elmar müəllim cəmi bir aydı burdadı, gücünü gələcəkdə də göstərəcək”.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla