AZ

"Azərbaycan qanunvericiliyində kiberbullinqlə bağlı ayrıca tənzimləyici normalar yoxdur"

"Azərbaycan qanuncericiliyində kiberbullinq deyiləndə hansı əməllər nəzərdə tutulur, bunlar yoxdur. Ona görə də hesab edirəm ki, biz ən azından öz kontekstimizə uyğun olaraq Azərbaycan anlayışını dəqiqləşdirməliyik".

“Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” panel sessiyasında deyib.

"Hansı əməllərin və törədiləcəyi təqdirdə hansı məsuliyyət tədbirləri tətbiq ediləcəyini müəyyənləşdirmək lazımdır. Potensial nəticələrini müəyyənləşdirmək lazımdır. Əgər biz burada hansı hüquqi məsuliyyətdən danışırıqsa, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bunlar ya İnzibati Xətalar, ya da Cinayət Məcəlləsində öz əksini tapmalıdır. Ancaq hər ikisinə də baxdıqda, bu məsələ ilə əlaəqdar ayrıca tənzimləyici normalar görmürük. Cinayət qanunvericiliyinin xəbərdaredici funksiyası var. Yəni təkcə cinayət törətmişləri yox, potensial cinayət törədən şəxslərin cinayətdən çəkindirmək üçün funksiyası var. Bu da yalnız o vaxt olur ki, normaların aydın sərhədləri olsun", o Elvin balacanov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla