AZ

Fransa etnik müxtəlifliyə açıq təhdid kimi baxır- ÖZƏL

"Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi, mövcud siyasi kursun isə bu coğrafi mövqeyi əlahiddə üstünlüyə çevirməsi Bakıya bir neçə addım öndən başlamaq imkanı verir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib: "Bu gün insan haqları və demokratiyadan danışan bir çox Qərb ölkələri, o cümlədən özünü "mədəniyyətin beşiyi" adlandıran Fransa etnik müxtəlifliyə açıq təhdid kimi baxır və məcburi assimilyasiya tədbirlərini aşkar formada həyata keçirməkdən çəkinmir. Məsələn dənizaşırı ərazilərdə həyata keçirilən cinayətlər, habelə Korsikada milli dilin qadağan olunması kimi çoxsaylı nümunələr mövcuddur. Azərbaycan isə tam əksinə, çoxmədəniyyətli, çoxkonfessiyalı və mürəkkəb etnik müxtəlifliyə malik olmağa dövlətimiz və cəmiyyətimiz üçün təhdid və ya problem kimi yox, özünün ən mühüm sərvəti kimi yanaşır. Tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qətiyyətlə bütün səviyyələrdə qorunur. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Bu isə Azərbaycanın Mədəniyyətlərarası Dialoqa ev sahibliyi etməsinə həm mənəvi, həm də hüquqi cəhətdən haqq qazandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla