AZ

NASA Marsda yaşayışın olduğuna dair YENİ SÜBUT TAPDI

NASA Marsın bir vaxtlar yaşayış üçün əlverişli mühitə sahib olduğuna dair yeni sübutlar tapıb. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Mars tədqiqat aparatı "Curiosity" Qırmızı Planetdəki Geyl kraterindəki qayalarda normadan qat-qat yüksək miqdarda manqan oksidi aşkar edib. Tədqiqatçılar bu mineralın gölün, çayın və ya deltanın sahili boyunca çöküntü süxurlarını əmələ gətirdiyini bildirir.

 

Manqan yer üzündə oksigen səbəbilə yüksək səviyyədə tapılsa da, bəzi bakteriyalar enerjisini bu mineralın oksidləşmə səviyyəsindən alır. Bundan əlavə, bu bakteriyalar oksidləşmə prosesini sürətləndirir. 

 

Marsın atmosferində oksigen demək olar ki, yoxdur və hələ də canlı bakteriyalara dair heç bir dəlil olmadığından manqanın haradan gəldiyi suallar doğurur.  Bu tapıntılar Mars atmosferində və ya səth sularında baş verən daha böyük proseslərə işarə edir və Marsda oksidləşməni başa düşmək üçün daha çox işin görülməsinin lazım olduğunu göstərir.

 

Süxurlardakı minerallar "Curiosity" şirkətinin "ChemCam" aparatının analizləri ilə aşkar edilib. Bu alət lazerdən istifadə edərək süxurların səthində plazma yaradır, sonra isə bu işıqdan süxurların tərkibini aşkar etmək üçün istifadə edir. 

 

Qeyd edək ki, manqan mineralları Yer kürəsinin göl sahillərində oksigen tərkibli dayaz sularda geniş yayılıb və Marsda belə tanış xüsusiyyətlərin tapılması diqqətəlayiqdir.

 

Manqan oksidi minilliklər ərzində əmələ gəldiyinə görə tədqiqatçılar hesab edirlər ki, bu tapıntılar Marsda uzun müddət yaşamaq üçün əlverişli gölün mövcud olduğuna dair yeni sübutdur.

 

Əzizə


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla