AZ

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO

"Son illərdə başladılan ciddi tədbirlər nəticəsində respublika ərazisində narkotik vasitə ilə əlaqəli baza, anbar, hansısa bariqalar və s. hamısının özəkləri dağıdılıb. Amma narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 300% artıb". 

Ölkə.Az xəbər verir ki,  bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib. O, xəstəxanaya müraciət edən narkotik istifadəçilərinin sayının artmasının səbəbini belə izah edib:

"Bundan başqa ayrı-ayrı blogerlər hansısa formada reabilitasiya mərkəzlərinin reklam arealına çevrilib. Bu da onu deməyə əsas verir ki, artıq reabilitasiya mərkəzlərinin sayı artıb. Bunların sayı niyə artdı, nə baş verdi? Burada aydın bir təhlil ortaya çıxmalıdır ki, narkotik vasitə tapa bilmir və məcburdur ki, bu vəziyyətdən xilas olsun. Əvvəlki dövrlərdə qohum, ailə övladının/qohumunun narkotik vasitədən asılılığını gizlədirdisə, artıq müraciətlər onu göstərir ki, cəmiyyət bu sahədə də xeyli irəliyə gedib". 

E.Hacıyevin sözlərinə görə, narkotik vasitə, alkoqolizm ayrı-ayrılıqda cinayətkarlıqla səbəbli əlaqə yaradır:

"Bilinməlidir ki, narkotik vasitə aludəçisi, alkoqolik potensial təhlükə mənbəyidir, geci-tezi var. Bilinməlidir ki, ilk 3-5 ayda bu insanı xilas etmək olur, amma bu müddət keçəndən sonra onu xilas etmək olmur. O, ya ölümə gedir, ya da öldürməyə. Əlində olan vəsaiti itirir, əmlakını satıb qurtarır,  iş yerini itirir və nəticədə narkotik vasitəni əldə etmək üçün oğurlamağa, talamağa başlayır. Sonda da cəmiyyətin mənafeyinə zərər dəyir", - deyə o söyləyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla