AZ

Erməni polisi növbəti dəfə revanşist keşişi Qazaxla həmsərhəd kəndə buraxmadı

Yazını böyüt
Yazını kiçilt

Erməni polisi Ermənistan kilsəsi Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın Qazax rayonunun  Azərbaycana təhvil verilməli olan 4 kəndindən biri- Xeyrimli ilə qonşu – “Kirants” adlandırılmış Güney kəndinə daxil olmasını növbəti dəfə qadağan edib.

Hafta.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

Məlumata görə, “Daşnaksütyun” partiyasının üzvü, eyni zamanda Xocalı canisi, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlament fraksiyasının deputatı olan Qarnik Danielyan və revanşist xislətli politoloq Suren Petrosyan da keşiş Baqratla bərabər  guya “kənddə insanların vəziyyətinin necə olduğunu öyrənmək üçün humanist, mənəvi məqsədlərlə” kəndə getmək arzularını bildirsələr də, polis olnları buraxmayıb.

Səbəb kimi isə ərazidə minatəmizləmə işlərinin aparıldığı və təhlükəsizlik səbəbi ilə insanların girişinin qadağan edildiyi göstərilib.

Xatırladaq ki, dünən mayın 2-də də 44 günlük savaşdan bəri Azərbaycan və Türkiyəyə qarşı radikal, irqçi, revanşist çıxışlarıyla seçilən, o cümlədən Qazaxın məlum kəndləri ilə bağlı erməni əhalinin etirazlarını xüsusi olaraq körükləyən revanşist erməni keşiş Baqrat Qalustanyan bir müddət öncə avtomobillə Güney kəndinə daxil olmağa çalışsa da, polis buna imkan verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla