AZ

Kaxa Demetraşvili Gürcüstan iqtisadiyyatında əsas çağırışları açıqlayıb

Tbilisi. Trend:

Gürcüstan iqtisadiyyat sahəsində üç əsas çağırışla üzləşir.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyininsədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantılarıçərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlimdəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlaraadaptasiya üzrə hədəflərin əldə olunmasına töhfə" mövzusunda panelmüzakirəsində çıxışında deyib.

"E-hökumət, qapalı tsiklə malik iqtisadiyyat strategiyaları kimiçox mühüm strategiyalar işləyib hazırlamışıq. Lakin çağırışlarımızçoxdur.

Birincisi, bunlar, əsasən, mentalitetlə əlaqəli problemlərdir.Gürcüstanda ciddi qayda-qanunlar mövcuddur. Bizim 4700 sifarişçimizvar. Bu mentalitet biznesə də gəlir. Ekoloji cəhətdən təmiz məhsulvə xidmətlər bahadır. İkincisi, təbliğatla bağlı problemlər var.Üçüncüsü, yeni rəhbər prinsiplərə ehtiyacımız var", - deyə obildirib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla