AZ

Kaxa Demetraşvili Gürcüstan iqtisadiyyatında əsas çağırışları açıqlayıb

Gürcüstan iqtisadiyyat sahəsində üç əsas çağırışla üzləşir.

Olaylar xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin sədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara adaptasiya üzrə hədəflərin əldə olunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"E-hökumət, qapalı tsiklə malik iqtisadiyyat strategiyaları kimi çox mühüm strategiyalar işləyib hazırlamışıq. Lakin çağırışlarımız çoxdur.

Birincisi, bunlar, əsasən, mentalitetlə əlaqəli problemlərdir. Gürcüstanda ciddi qayda-qanunlar mövcuddur. Bizim 4700 sifarişçimiz var. Bu mentalitet biznesə də gəlir. Ekoloji cəhətdən təmiz məhsul və xidmətlər bahadır. İkincisi, təbliğatla bağlı problemlər var. Üçüncüsü, yeni rəhbər prinsiplərə ehtiyacımız var", - deyə o bildirib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
olaylar.az

2Mənbələr