AZ

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ali təhsil sahəsində “Quacquarelli Symonds” (QS) beynəlxalq analitik agentliyinin regional direktoru Sergey Xristolyubovla görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2024-cü ildə QS reytinqindəki uğur, perspektiv və hədəflərdən bəhs olunub.

Gülçöhrə Məmmədova AzMİU-da elmi potensialın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıqların artırılması, prioritet sahələrdə xarici universitetlərlə tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının inkişafı, elmi nailiyyətlərin yüksəldilməsi yönümündə görülən konkret işlərdən danışıb. Rektor beynəlxalq reytinqlərdə irəliləməyi hər zaman hədəf qoyan AzMİU-nun qlobal rəqabət qabiliyyətini artırmaq yönümündə daim çalışdığını bildirib.

Görüşdə QS-nin regional direktoru Sergey Xristolyubov universitetin fəaliyyətindən məmnunluğunu ifadə edib. QS reytinqindəki bir neçə istiqamət üzrə AzMİU-nun uğurla təmsil olunduğunu deyən qonaq bu münasibətlə Gülçöhrə Məmmədovanı təbrik edib. Sergey Xristolyubov bildirib ki, AzMİU-nun QS reytinqində yer alması sevindiricidir və universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla