AZ

COP29.az vebsaytı istifadəyə verilib

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib.

Olaylar xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcəkdir.

Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaqdır.

İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaqdır.

Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilmişdir.

Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
33
Mənbələr
Şərh ()
Bağla