AZ

Ağdamdakı peşə hazırlığı kurslarına mediatur təşkil edilib (FOTO)

Ağdam. . Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDövlət Məşğulluq Agentliyi media nümayəndələrinin işğaldan azadedilmiş ərazilərimizin sakinləri üçün Ağdam rayonunda təşkil olunanpeşə tədrisi prosesi ilə tanışlığı məqsədilə mediatur təşkiledib.

Trend xəbər verir ki, jurnalistlərə həyata keçirilən aktivməşğulluq tədbirləri barədə məlumat verilib.

Bu tədbirlərin bir istiqaməti olaraq sakinlərin peşəhazırlığının təşkili işlərinin də aparıldığı bildirilib.

Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinintəşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsiöyrədilir.

İki ay davam edən kurslar nəzəri və praktiki təlimlərdənibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuşpeşəkar mütəxəssislər həyata keçirir.

Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib.Kursları uğurla bitirənlərin işlə təminatına da dəstəkgöstərilir.

Media nümayəndələri kursları bitirib işlə təmin olunmuşşəxslərdən bir qismi ilə də görüşüb, onların iş şəraiti ilə tanışolublar.

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzindəköçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşəkurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluqfiliallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağvə Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraqmüvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı
Ağdamdakı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
7
Mənbələr
Şərh ()
Bağla